Xəbərlər
Ümumxalq partiyasının fəaliyyəti təqdirlə qarşılanır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan, Buzovna, Binə və Qala bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.
Təşviqat qrupunun üzvləri Balaəli Əliyev, İlham Əziz və bələdiyyə üzvlüyünə namizədlər Mahir Novruzov, Mirbaba Hüseynov, Zöhrab Mirzəyev, İsrafil Hüseynov, Əfrasiyab Əmirov ölkəmizdə yerli özünüidarəetmə orqanlarının tarixi haqqında danışıblar. Onlar, həmçinin seçicilərlə söhbət zamanı bələdiyyənin ərazisində həlli vacib məsələlərlə bağlı birgə fikir mübadiləsi apararaq, qarşıda duran hədəfləri müəyyənləşdiriblər. Qeyd olunub ki, bələdiyyənin inkişafı, vətəndaşların rifahı və həyat şəraitinə birbaşa təsir edən bir sıra yerli məsələlər diqqətdə saxlanılacaq, onları düşündürən məsələlərin reallaşdırılması istiqamətində addımlar atılacaq.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, Binə bələdiyyəsi üzrə namizədlər Habil Həmidov və Şahnəzər Fərəcov şəhid Ramil Yusifzadənin ailəsini ziyarət ediblər.