Xəbərlər
Vətəndaş məmnunluğu naminə
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax rayonu, Yevlax bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev partiyanın seçki proqramı, namizədlər haqqında seçicilərə ətraflı məlumat verib.
Seçki qərargahının üzvləri Fazil İsmayılov, Fərman Kazımov və bələdiyyə üzvlüyünə namizədlər Elnur Quliyev, Fatma Qasımova, Şamil Zahidli, Əhliman Quliyev, Asəm Məmmədov, Səxavət Kərimov, Nərgiz Əhmədova və Nicat Haqverdiyev seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.
Seçicilər bələdiyyə seçkilərində həmrəylik nümayiş etdirəcəklərini və YAP-ın namizədlərinə səs verəcəklərini söyləyiblər.
Qeyd edək ki, namizədlər Yevlax, Qoyunbinəsi, Qaraməmmədli, Səmədabad və Tanrıqulular bələdiyyələri ərazisində yaşayan seçicilərlə məhəllə görüşləri keçiriblər.