Xəbərlər
Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında fərman imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzaqlayıb.
Fərmana əsasən, həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.