Xəbərlər
Uğurlu siyasət növbəti qələbələrə yol açır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Samux rayonu, Samux bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
Görüşdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov ölkəmizdə bələdiyyələrin yaranma tarixi, fəaliyyətləri barədə məlumat verib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi, dünyəvi, sivil dövlət quruculuğu prosesinin uğur qazanmasında Yeni Azərbaycan Partiyası mühüm rol oynayıb.
Görüşdə bələdiyyə üzvlüyünə namizədlər Elnur Tağıyev, Mirzəmməd Orucov ölkəmizdə hər bir sahənin inkişafına xüsusi diqqət göstərildiyini məmnunluq hissi ilə qeyd ediblər. Çıxışlarda seçicilərə YAP namizədlərini dəstəkləməyə çağırış edilib.