YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam və etimadın bariz nümunəsi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Kürdəmir rayonu, Şilyan – Qarabucaq, Karrar, Mehdili, Topalhəsənli, Cəyli, Karrar qəsəbə, Mollakənd və Sığırlı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.

Görüşlərədə çıxış edən seçki qərargahının üzvü Nurlan Şəfiyev və  bələdiyyə üzvlüyünə namizədlər  Cambul Novruzov, Haxverdi Sadıqov, Piralı Quliyev, Əfsanə Bağırova, Təranə Hacıyeva, Ağamir Həsənov, Mustafa Rəhimov, Vəkil Fətəliyev, Şıxalı Fətullayev, Sara Mayılova, Bəşir Fətullayev bildiriblər ki, Yeni Azərbaycan Partiyasının seçki proqramından irəli gələn bütün məsələləri bələdiyyələr icra edir və edəcək. Qeyd olunub ki, ölkəmizdə bələdiyyələrin fəaliyyəti üçün münbit şərait var. Yarandığı vaxtdan keçirilən bütün seçkilərdə YAP-ın inamlı qələbəsindən danışan natiqlər növbəti bələdiyyə seçkilərinin də Yeni Azərbaycan Partiyasının qələbəsinin təntənəsi olacağını vurğulayıblar.

Seçicilər Elşad Mustafayev, Amil Şıxəliyev, Nəcibə Seyidova, Rəsmiyə Osmanova, Elqayıt Cəfərov, Günay Əkbərova, Nərmin Alışova və İsmi Dəmirov çıxış edərək YAP-ın namizədlərini dəstəklədiklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv