Xəbərlər
YAP güclü və nüfuzlu siyasi təsisatdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naxçıvan şəhəri, Qaraçuq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə məhəllə görüşləri keçirilib.
Bələdiyyə üzvlüyünə namizədlər Nəsimi Novruzov, Ceyhun Həsənov, Gülnar Hümbətov, Əli Səbzəliyev və Vüqar Tağıyev qeyd ediblər ki, YAP öz fəaliyyəti ilə sübuta yetirib ki, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu parlaq gələcəyə daşımağa qadir partiyadır. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük siyasi gücə çevrilib. Namizədlər bələdiyyə seçkilərində seçiciləri YAP-ın namizədlərini dəstəkləməyə çağırıblar.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.