YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın siyasəti xalq tərəfindən dəstəklənir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şirvan şəhəri, Şirvan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə növbəti görüşü keçirilib.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Bu partiyanın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Elə bu kimi səbəblərdən də Yeni Azərbaycan Partiyasının sıraları genişlənir. Təşkilatın sədri çıxışının sonunda yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsinə hər cür şərait yaradıldığını bildirib.

Bələdiyyə üzvlüyünə namizədlər Samirə Abışova, Sevinc Alışova, İradə Atayeva, Emin Azadov, Aytac Əliyeva, Sərraf Əzimov, Teymur Məmmədov, Kürdoğlu Muradov, Ceyhun Qədirli, Akif Saqiyev, İlham Səfərov, Günay Şəkərova və Telman Xəlilov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Qeyd olunub ki, indiyədək bələdiyyələr bir çox mühüm layihələrin həyata keçirilməsinə, o cümlədən əhalinin məşğulluğunun təmin olunmasına və sosial məsələlərin həllinə önəmli töhfələr veriblər.

Seçici Badam Həsənova və başqaları YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.

DİGƏR Xəbərlər Arxiv