Xəbərlər
Məqsədyönlü siyasət

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Siyəzən rayonu, Siyəzən bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyası (YAP) namizədlərinin gənc seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev çıxış edərək Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən söhbət açıb. O, bildirib ki, həyata keçirilən uğurlu islahatlar Azərbaycanın sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir. Qeyd edilib ki, əzəli torpaqlarını düşmən işğalından azad edən Azərbaycan tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən və bir çox ölkələr üçün nümunə olan yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bələdiyyə üzvülüyünə namizədlər Nərmin Nəbiyeva və Nicat Səmədov, seçki qərargahının üzvü Damət Baxşiyev seçiciləri qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak edərək qalib və qüdrətli Azərbaycan naminə ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini bildiriblər.