Xəbərlər
Seçimimiz qalib dövlətin lider partiyasıdır

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonu, Şərur bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev YAP-ın seçki proqramı və namizədlər haqqında seçicilərə məlumat verib. Həmçinin, Ə.Babayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən bəhs edib. O, YAP-ın yeni hədəflərə doğru inamla irəlilədiyini vurğulayaraq seçiciləri bələdiyyə seçkilərində partiyanın namizədlərini dəstəkləməyə çağırıb.
Görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Həsən Cəfərov və Adil Əhmədov bütün sahələrdə bələdiyyələrin inkişafı istiqamətində də mühüm addımlar atıldığını diqqətə çatdırıblar.
Sonra bələdiyyə üzvlüyünə namizədlər Orxan Ağayev, Umud Fətəliyev və Taleh Məhərrəmov seçiləcəkləri təqdirdə onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlarını vurğulayıblar.
Çıxış edən seçicilər isə Şərur seçicilərinin bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini vurğulayıblar.