YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İnam və etimadın bariz nümunəsi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Zərdab rayonu, Kəndəbil, Dəkkəoba və Bıçaqçı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev YAP-ın seçki proqramı haqqında məlumatları diqqətə çatdıraraq partiyanın xalqın dəstəyi ilə növbəti qələbəyə imza atmaq əzmində olduğunu bildirib.

Çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Maarif Binyatov, Təranə Bəkirova, Zəmilə Qasımova, Vazeh Əliyev, Nurman Xaspoladzadə, Yaşasın Məmmədov, Cavidan Temurlu, Səbuhi Rəhimli, Canpolad Vəliyev, Xəzri Rəhimli, Toğrul Əliyev və Zahim Zayidli bələdiyyələrin qarşısında yeni vəzifələrin dayandığını, bu vəzifələrin uğurla həyata keçirilməsi və yeni nailiyyətlər qazanılması üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

Seçicilərdən Nofəl Məmmədov, Səbinə Mahmudova və digərləri bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv