YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev ilə Serbiya Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub

Martın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç arasında telefon danışığı olub.

Söhbət zamanı Yaxın Şərqdəki mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb, vəziyyətin daha da gərginləşməsindən narahatlıq ifadə olunub.

Telefon danışığı zamanı İran tərəfindən Naxçıvana qarşı törədilən dron hücumları pislənilib.

Söhbət zamanı Prezident İlham Əliyev Serbiyanın dövlət başçısını ad günü münasibətilə təbrik edib.

Aleksandar Vuçiç göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlığı bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafını məmnunluqla vurğulayıb, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

DİGƏR Xəbərlər Arxiv