YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilk dəfə səs verəcək gənclərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadığını diqqətə çatdırıb. Azərbaycanın tarixi zəfərlərinin qazanılmasında gənc nəslin müstəsna rol oynadığını xatırladan Q.Əliyev bildirib ki, görüşün keçirilməsində əsas məqsəd ilk dəfə səs verəcək gənclərin seçki proseduru ilə bağlı maarifləndirilməsidir. Müasir seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar barədə ətraflı məlumat verən rayon təşkilatının sədri qarşıdan gələn bələdiyyə seçkilərində cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin iştirakının əhəmiyyətini vurğulayıb.

Lökbatan bələdiyyəsi üzvlüyünə namizədlər Elşad Ağayev, Aytən Alısoy, Misir Mahmudov, Türkan Əliyeva, Tahir Abbasov, Elnur Mirzəyev, Sənurə Əliyeva, Rəhman Nəcəfov, Azad Rzazadə, Nəzakət Axundova və Türkan Məmmədli qarşıdan gələn bələdiyyə seçkilərinin mühüm önəm kəsb etdiyini vurğulayıblar. Natiqlər seçki günü bütün gəncləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.

Gənc seçici Ləman Səfərzadə yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində ilk dəfə səs verəcək gənclərin yüksək məsuliyyət və fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulayıb və görüşün təşkilatçılarına minnətdarlığını bildirib.