YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiyaya inam sonsuzdur

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Mingəçevir şəhəri, Mingəçevir bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev Yeni Azərbaycan Partiyasının hər zaman milli maraqlara, mövcud reallıqlar və çağırışlara uyğun fəaliyyət göstərdiyini deyib. Yeni Azərbaycan Partiyasının olduqca yüksək nüfuza və müsbət imicə malik olduğunu deyən şəhər təşkilatının sədri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin bu reallığın daha bir təsdiqi olacağına əminliyini ifadə edib.

Seçki qərargahının üzvləri Rizvan Mikayıllı, Pərviz Məmmədov və bələdiyyə üzvlüyünə namizədlər Anar İsmayılov, Ədalət Quliyeva, Nargilə Kərimova, Ruslan Seyidov, Vüsal Alşanov, Gülnar Hidayətova, Mahnur Ömərova, Gülnarə Dadaşova, Gültəkin Nəzərova, Şəmsinur Hüseynova, Sübhan Qasımov, Xədicə Abdullayeva, Samrin Xanlayev və Fikrət Həsənov bələdiyyələrin inkişafı istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıblar. Natiqlər seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.