Xəbərlər
“Bütün sahələrdə böyük nailiyyətlər qazanılır”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Beyləqan rayonu, Mil, Qəhrəmanlı bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev zəngin dövlətçilik təcrübəsi ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə, müstəqilliyi daimi, dönməz və əbədi etməyə nail olub: “Bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu siyasəti nəticəsində milli məqsədlərimiz müvəffəqiyyətlə gerçəkləşdirilir, bütün sahələrdə böyük nailiyyətlər qazanılır”.
Seçki qərargahının üzvləri Niyaməddin Əsgərov və bələdiyyə üzvlüyünə namizədlər Arif Məmmədov, Rafayıl İbrahimov, Oruc Məmmədov, Tehran Sadıqov və Ərşad Hüseynov YAP-ın seçki proqramında nəzərdə tutulan hədəflərin gerçəkləşdirilməsinin yerli özünüidarəetmə orqanlarının fəaliyyətini təkmilləşdirəcəyini qeyd edib, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləməyə çağırıblar.
Seçicilər Tofiq Məmmədov və Asif Muradov YAP-nın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.