Xəbərlər
Hədəf yeni qələbələr qazanmaqdır
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Hacıqabul rayonu, Hacıqabul bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov Yeni Azərbaycan Partiyasının seçki proqramından bəhs edib. O, seçiciləri 29 yanvarda fəal olmağa, hamılıqla seçki məntəqələrinə gedərək YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Təşviqat qrupunun üzvləri Rabil Tağıyev, Əli Yusifov çıxışlarında Yeni Azərbaycan Partiyasının daim dövlətçiliyə xidmət etdiyini bildiriblər. Onlar seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar.
Bələdiyyə üzvlüyünə namizədlər Vaqif Hüseynov və Nemət Babayev seçiləcəkləri təqdirdə aktiv fəaliyyət göstərəcəklərini vurğulayıblar.
Seçicilər bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, həmin gün YAP-ın namizədləri məhəlli və fərdi görüşlər də keçirib.