YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın partiyası

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Bakı şəhəri, Səbail rayonu, Səbail və Badamdar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev son illər ölkədə aparılan islahatlardan, partiyanın dövlətimizin inkişafına verdiyi müstəsna töhfələrdən danışıb.

Bələdiyyə üzvlüyünə namizədlər Təzəxan Məmmədov, Nurel Kərimov, Xədicə Həsənova, Səmədağa Aslanov və Manaf Talıbov bildiriblər ki, YAP-ın hər bir seçkiyə qələbə əzmi ilə qatılmasını şərtləndirən əsas amil onun xalqın partiyası olmasıdır. Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin bu gerçəkliyi bir daha əks etdirəcəyinə əminlik ifadə olunub.