Xəbərlər
YAP ölkəmizin inkişafına şərəflə xidmət edib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Naxçıvan şəhəri, Qaraçuq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli bildirib ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın siyasi sistemini formalaşdırıb, siyasi mədəniyyətin təşəkkülünü təmin edib. Təşkilat sədri qeyd edib ki, YAP xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ideyalarına sadiq qalaraq fəaliyyətini uğurla davam etdirir. Əminliklə vurğulanıb ki, Yeni Azərbaycan Partiyası bundan sonra da ölkəmizin inkişafına xidmət edəcək.
Seçki qərargahının üzvləri Rail Tağızadə, İsmayıl Qəribli və bələdiyyə üzvlüyünə namizədlər Nəsimi Novruzov, Səma Məmmədova və Ceyhun Həsənov yeni uğurlar naminə seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilərdən Cahan Hacıyeva və Yusif Hacıyev bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyəcəklərini bildiriblər.