Xəbərlər
Xalqın rifahı üçün…
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin Yevlax rayonu, Salahlı bələdiyyəsi üzrə Salahlı, Balçılı, Ağqıraq, Varvara və Cırdaxan kəndlərinin ərazisində yaşayan seçicilərlə görüşü keçirilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Azərbaycanda dövlət siyasətinə uyğun olaraq insan hüquqları sahəsində geniş islahatların aparıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, hazırkı dövrdə bələdiyyələrin yeni qaydalara uyğun formalaşdırılması, regionların inkişafına mühüm töhfə verməkdədir.
Seçki qərargahının üzvü Bayram Yusifov, bələdiyyə üzvlüyünə namizədlər Qiyas Həsənov, Veyis Mustafev, Şahlar Zeynallı, Lyuba Zeynalova, Tahir Süleymanov və Sona Əliyeva öz fəaliyyətlərində hər zaman Ulu Öndər Heydər Əliyevin müdrik siyasi irsinə sadiq olduqlarını diqqətə çatdırıblar.
Görüşlərdə seçicilər bələdiyyə seçkilərində cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin inkişafı, xalqın rifahı naminə misilsiz xidmətlər göstərən Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklərini bildiriblər.
Qeyd edək ki, Yevlax şəhər ərazisində yaşayan bir qrup şəhid ailəsi ziyarət olunub, həmçinin Yevlax rayonu üzrə Yevlax, Qaraməmmədli və Salahlı bələdiyyələrinin namizədləri seçicilərlə məhəllə görüşləri də keçiriblər.