YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın namizədlərinin dəstəklənməsi etimadın göstəricisidir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax rayonu, Qoyunbinəsi və Qaraməmmədli bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.

Görüşlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Yevlax  rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək ölkəmizdə bələdiyyələrin inkişafına dövlət tərəfindən lazımi diqqət  göstərildiyini vurğulayıb.  Təşkilat sədri daha sonra YAP-ın ölkəmizdə keçirilən seçkilərdəki fəallığından danışıb. Bildirib ki, partiyamız keçirilən bütün seçkilərdə böyük üstünlüklə qalib gəlib: “Şübhəsiz, bu da vətəndaşlarımızın YAP-a olan inamının, etimadının göstəricisidir”.

Görüşlərdə çıxış edən seçki qərargahının üzvü Vahid Quliyev, bələdiyyə üzvlüyünə namizədlər Nadir Mayılov, Əhliman Quliyev, İlayə Qarayeva, Vəliyəddin Əliyev, Rauf Quliyev bildiriblər ki, YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb, sözlə əməl birliyi partiyanın nüfuzunun artmasında əhəmiyyətli rol oynayıb. Qeyd olunub ki, yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində YAP-ın namizədlərinin dəstəklənməsi birlik və həmrəyliyimizin daha bir nümunəvi göstəricisi olacaq.

Seçicilər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqına siyasi mirası olan YAP-ı bələdiyyə seçkilərində də dəstəkləyəcəklərini diqqətə çatdırıblar. 

Qeyd edək ki, Yevlax, Xaldan, Salahlı və Aşağı Bucaq bələdiyyələri üzrə də YAP-ın namizədlərinin seçicilərlə görüşləri keçirilib.