YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qələbələrə doğru

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev bildirib ki, ölkəmizdə bələdiyyə qulluğunun təşkili, maliyyəsinin əsasları və digər sahələri əhatə edən çoxsaylı qanunlar qəbul olunub.

Seçki qərargahının üzvü Sərdar Xıdırov və bələdiyyə üzvlüyünə namizədlər Nurəddin Sadıqov, Alagöz Hüseynova, Rəna Nedolivka, Fuad Əliyev və Türkan Kəsəmənli seçiciləri seçkilərdə fəal iştirak edərək vətəndaşların rifahı naminə ümumxalq partiyasının namizədlərinə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilər Nailə Məmmədova və başqaları bildiriblər ki, Yeni Azərbaycan Partiyasını dəstəkləyirlər və partiyanın namizədlərinə səs verəcəklər.

Qeyd edək ki, Daşkəsən bələdiyyəsi üzrə YAP-dan olan namizəd Fuad Əliyev məhəlli görüşləri də keçirib.