YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası qələbə yolunda inamla irəliləyir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax şəhəri, Yevlax bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin şəhid ailəsinin üzvləri, müharibə veteranları və Aşağı Qarxun kənd seçiciləri ilə görüşləri keçirilib.

Görüşlərdə giriş nitqi ilə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev əvvəlcə Azərbaycanda bələdiyyələrin yaranma tarixi, ötən dövr ərzindəki fəaliyyətləri, dövlətimiz tərəfindən yerli özünüidaəetmə orqanlarına göstərilən dəstək barədə məlumat verib. Eyni zamanda, yerli təşkilatın sədri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin qanunamüvafiq qaydada həyata keçirilməsi üçün hər cür şərait yaradıldığını bildirib.

Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası digər seçkilərdə olduğu kimi, növbəti bələdiyyə seçkilərinə də qələbə əzmi ilə qatılıb.

Görüşdə çıxış edən seçki qərargahının üzvləri Bayram Yusifov, Ariz Mikayılov və bələdiyyə üzvlüyünə namizədlər Səxavət Kərimov, İsmayıl Hüseynli, Elvin Mütəllim, Şamil Zahidli bələdiyyələrin formalaşdırıldığı 1999-cu ildən indiyədək yerli özünüidarəetmə orqanlarının inkişafı istiqamətində müvafiq addımlar atıldığını diqqətə çatdırıblar. Vurğulanıb ki, yerli özünüidarəetmənin təkmilləşdirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması naminə qarşıda mühüm vəzifələr dayanır. Seçkilərin nəticələrinə uyğun olaraq, bələdiyyələrdə təmsil olunmaq hüququ qazanacaq YAP üzvləri də öz fəaliyyətlərini məhz bu amallar əsasında-xalqımızın və dövlətimizin maraqları naminə quracaqlar.

Görüşlərdə çıxış edən seçicilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.