YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhtəşəm uğurların müəllifi

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

2003-cü ildə prezident seçilərkən cənab İlham Əliyev xalqımızın milli maraqlarını müdafiə edəcəyinə söz vermiş və bu vədinə sadiq qalmışdır. Ulu Öndər Heydər Əliyevin layiqli siyasi varisi, cənab İlham Əliyevin 21 illik fəaliyyəti böyük uğurlar və tarixi zəfərlərlə yadda qalmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider ölkəsinə çevrilmiş, dünyada söz sahibi olmuşdur. Bu illər ərzində dövlətimiz sosial-iqtisadi, siyasi, hərbi və mədəni sahələrdə böyük uğurlar qazanmışdır. Ölkəmiz beynəlxalq miqyasda strateji enerji və nəqliyyat layihələrinin əsas iştirakçısı olmaqla qlobal miqyaslı problemlərin həllində mühüm rol oynamışdır.

2020-ci il sentyabrın 27-dən başlayan və erməni işğalı altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi son 200 illik tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. 2023-cü ildə keçirilən bir günlük lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda separatçılığa son qoyulması və ərazilərin tamamilə nəzarətə götürülməsi Azərbaycanın tarixi qələbələrinin davamı oldu. Dövlət başçısının qətiyyəti, uzaqgörən siyasəti nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin edilmişdir.

Postmüharibə dövründə azad olunmuş ərazilərdə geniş quruculuq işləri həyata keçirilmiş, tarixi ədalət bərpa edilmişdir. Məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində doğma yurdlarına qayıdırlar.

Hazırda tərəddüd etmədən söyləmək olar ki, milli birlik, dövlət başçısının müdrik siyasətinin geniş əhali tərəfindən dəstəkləməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Bununla yanaşı, digər əsas daxili inkişaf parametrləri - makroiqtisadi sabitlik, dinamik inkişaf edən iqtisadiyyat, sosial təminat sisteminin əsasları, müsbət demoqrafik vəziyyət, miqrasiya və urbanizasiya proseslərinin dövlətin nəzarəti altında saxlanması, dövlət idarəçiliyinin effektivliyi və s. üzrə Azərbaycan son 21 ildə region ölkələri arasında öz layiqliyi yerini möhkəmləndirmişdir.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artmış, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi mövqeləri daha da güclənmişdir.

Əldə olunan nailiyyətlər göstərir ki, Azərbaycan xalqı qalib dövlətin vətəndaşları olmaqdan qürur duyur. Prezident İlham Əliyev rəhbərliyi ilə Azərbaycan gələcəkdə də daha böyük zəfərlərə imza atacaq.