Xəbərlər
Vüsal Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib

Vüsal Yusif oğlu Aslanov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, Zaur Mir Tofiq oğlu Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.