Xəbərlər
Yaşar Əliyev Azərbaycanın Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib
Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı digər Sərəncamlara əsasən, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən, Adış Sakit oğlu Məmmədov isə Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.