Xəbərlər
Heydər Əliyev - Milli varlığımızın idrak məqamı
Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru
Ümummilli Lider Heydər Əliyevin obrazı ondan hansı məzmunda danışmağa əsas verir? Zənnimcə, daha çox xalqın itirilmiş intellekt və emosiya potensialının geri qayıdışında, ondakı milli müəyyənlik və özünüifadə imkanlarının bərpa olunmasında siyasi iradə nümayiş etdirən lider olaraq. Heydər Əliyevin həyаtа keçirdiyi siyаsət qlоbаl mаhiyyətinə görə bənzərsiz tаriхi mərhələdə Аzərbаycаnın gücünə və Аzərbаycаn ictimаi fikrinin təməl daşına çevrildi. XX yüzilliyin sonunda Ərəbistаndаn Qаfqаzа qədər dаlğаlаnаn siyаsi ziddiyyətlərin Аzərbаycаnа yаnsımаmаsı, Аzərbаycаnın Şərqdə də, Qаfqаzdа dа müstəsnа bir dünyа dövləti kimi öz sаbitliyini və hər mənаdа müstəqilliyini qоruyub sахlаmаsı, Аzərbаycаnın Şərqdə unikаl, tоlerаnt bir Аvrоpа dövləti kimi təzаhür etməsi Heydər Əliyev tərəfindən irəli sürülmüş milli məfkurənin ümummilli mаhiyyətinə ən mükəmməl və etibаrlı sübutdur.
Ümummilli dəyərləri ideоlоji bахımdаn ilk dəfə о təsbit etdi. İqtisаdi cоğrаfiyаnı böyük quruculuq işləriylə, mənəvi cоğrаfiyаnı isə milli-mənəvi dəyərlərin Аzərbаycаnа qаytаrılmаsıylа gerçəkləşdirdi. Аzərbаycаnın qаpılаrını Dədə Qоrqudun, Bаbəkin, Nizaminin, Nəsiminin, Hüseyn Cаvidin, Şəhriyarın üzünə tаybаtаy аçmаqlа, əslində, Аzərbаycаnın məfkurəvi necəliyini müəyyənləşdirdi. 1993-cü ildə isə Аzərbаycаn хаlqı Heydər Əliyevi hаkimiyyətə təkcə Аzərbаycаnı hərbi-siyаsi böhrаndаn qurtаrmаq üçün deyil, həm də Ümummilli liderin 25 il əvvəl bаşlаdığı Аzərbаycаnçılıq əsərinin ən ciddi səhifələrini yаrаtmаq üçün dəvət edirdi. Çünki bu mənəvi аbidənin – siyаsi Аzərbаycаnın sirri 1969-cu ildən bаşlаyаrаq Heydər Əliyevin üslubundа kəşf оlunmuşdur.
Sovet epoxası daxilində Heydər Əliyevin üzünü yaddaşa çevirən tarixə - özündə xalqın milli kodunu və möhürünü əbədiləşdirən söz sənətinə tutması ilk növbədə onda çağdaşlıq faktı aramaq, bu yolla ədəbi prosesə, yeni düşüncəyə təsir etmək niyyətindən irəli gəlirdi. Xalqın milli dəyərlərinin dirçəlişindən başlayırdı Heydər Əliyev və bu istiqamətdə seçdiyi hədəflər, ünvanlar dəqiq, çəkili və sərrast idi. Böyük sənət abidələri, böyük söz ustadları, böyük söz sərrafları... Bütöv Azərbaycanı yaratmaq, qurmaq missiyası bu "güc"lərin birliyindən, xalqa qayıdışından başlayırdı. Heydər Əliyev ədəbiyyata qayğı və diqqətini elə sovet imperiyasının daxilində - ən yüksək postda əyləşərək, ən əzəmətli kürsüləri bölüşərək, ən mötəbər tribunalardan səslənərək gerçəkləşdirirdi. Bu ideologiyanın müdaxilə etdiyi, incə bir siyasətlə həyata keçirdiyi məsələlərin - xalqı öz soy-kökündən, milli müəyyənliyindən, inancından qoparılması kimi gerçəklərin mahiyyətinə enirdi. Və bir daha unutmayaq. Sovet qanunlarının hələ işlək olduğu, tüğyan etdiyi bir dönəmdən gedir söhbət.
Dissident siyasəti! Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki fəaliyyətini bu iki sözün birləşməsi uğurlu və dəqiq ifadə edir. Azərbaycanın dəyərlərini ona tanıtdırmaq və 1937-ci ildə ziyalılığın sındırılmış vüqarını dirçəltmək, reabilitasiya etmək Heydər Əliyev diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Nə qədər gerçəkləşə bildi bu missiya? Zənnimizcə, bütün hallarda bənzərsiz fədakarlıq nümunəsi meydana qoyuldu.
Milli düşüncənin intibahı, milli ruhu diri saxlamaq meyli onun tərcümeyi-halının ən işıqlı tərəfini təşkil edir. Bu kontekstdə onun obrazını belə xarakterizə etmək olar: həm azərbaycançılıq ruhunu bütün siyasi-mənəvi aşamalardan bütöv və zədəsiz çıxaran böyük azərbaycanlı, həm də bütün dünya mədəniyyət və dəyərlərinə tolerant və multikultural aspektdən yanaşmağı bacaran dünya insanı! Heydər Əliyev üçün hər zaman əsas amal milli birlik, milli vəhdət olmuşdur. Onun azərbaycançılıq təliminin ana yapısında dayanan başlıca məqam elə bundan qaynaqlanırdı. Heydər Əliyevin atdığı bütün addımlar milli məfkurənin gəlişməsinə imkan yaratmaq məqsədi güdürdü. Heydər Əliyev bu məqsədə doğru sovet hakimiyyətinin ən kəskin dövrlərində yüksək tribunada təmsil olunarkən irəliləmiş, yüksək kürsülərdən Azərbaycanın sözünü deməyə cəsarət və hünər göstərmişdir.
Azərbaycançılıq ideologiyasının formalaşması prosesində Ulu öndər Heydər Əliyevin istinad etdiyi ünvan daim klassik irs və milli-mənəvi dəyərlər olmuşdur. Məsələn, Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanının yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayırdı və qeyd edirdi ki, əgər indi biz “Kitabı-Dədə Qorqud” dastanının 1300 illiyini qeyd ediriksə və bunu bütün dünyaya bəyan ediriksə, demək, bizim bədii sözümüzün 1300 illik tarixi göz qabağındadır. Yaxud Nizami Gəncəvinin 840 illiyinin keçirilməsinin zəminində öz dəyərlərini tanımaq, onu layiqincə dünyada təbliğ etmək meyli olmasaydı deyərdimi ki, biz Nizami ilə bəşəriyyəti qovuşdurmağa tələsirik?!
Eləcə də böyük şair Füzulinin yubileyinin həm Azərbaycanda, həm bütün türk-islam aləmində, həm də Rusiya və Avropada böyük təntənə ilə keçirilməsinə rəvac verirdisə, bunu ilk növbədə, XX əsrdə parçalanmış türk dünyasını birləşdirmək, yaxınlaşdırmaq üçün edirdi. 1982-ci ildə Cavidin nəşini Sibirdən Azərbaycana qaytarmaqla türklük ruhunu, turan əxlaqını millətin özünə qaytarırdı. Eyni ildə Şuşada Vaqif məqbərəsini ucaltmaq onun üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, Vaqif poeziya günləri Azərbaycan dilinin əbədi təntənəsinin rəmzi idi. Yaxud Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi ilə bağlı 1997-ci ildə imzaladığı tarixi sərəncamla həmişə amalına çevirdiyi bütöv Azərbaycan idealının gerçəkləşməsinə doğru növbəti əhəmiyyətli addımlardan birini həyata keçirirdi. Hər bir addımında ölçülü-biçili, gələcəyə hədəflənmiş siyasət! Düşünülmüş idimi? Birmənalı şəkildə! Heydər Əliyev xalqın milli qürurunu ölməyə, yadlaşmağa, yaddaşsızlaşmağa qoymurdu. Əks təqdirdə, bu xalqın 1990-cı illərdə milli müstəqilliyini yenidən qazanması mümkünsüz olardı.
Ulu Öndərin 1993-cü ildən sonrakı qayıdış mərhələsi də asan dövrə sirayət etmədi. Amma hər cür hərc-mərclik, mənəvi-milli deqradasiya, siyasi-hərbi kataklizm, sosial böhran şəraitində belə onun fəaliyyətində müasir və klassik sənətkarlarımızın taleyinə həssas münasibət davamını tapdı. Həmin çətin dövrdə Heydər Əliyevin mətbuata verdiyi bütün müsahibələrdə mənəvi məsələ, milli düşüncəyə xidmət yenə də ilk unudulmaz sıralarda qərar tutur. Böyük siyasətçi dəfələrlə vurğulayırdı ki, “respublikamızın bu ağır dövründə böyük yubileylər keçirilməsi, şübhəsiz ki, müəyyən qədər çətinliklərlə üzləşəcək. Ancaq bunlara baxmayaraq, həyatımızın mənəvi sahəsi heç vaxt unudulmamalıdır. Çətinliklər nə qədər çox olsa da mədəniyyətə, mədəni irsimizə, mənəviyyata daim xüsusi diqqət yetirməli və bu sahələrin geri qalmasına yol verməməliyik”.
Bu mənada, hakimiyyətdə olduğu bütün zaman kəsimlərində Heydər Əliyev Azərbaycanın mənəvi reallığı üçün böyük siyasətçi, dövlət adamı olaraq həm də ədəbiyyatlaşan obrazı ilə göz önünə gəlir. Onun çıxışlarında milli ədəbiyyatımızı gərəyincə bütöv duyub anlamaq səriştəsi vardı, prosesə yanaşma strategiyası düzgün idi, bəhs etdiyi mövzularda problemlərin dərkini səmtləndirə bilirdi. Və ən əsası, Azərbaycan ədəbiyyatı haqqında öz anlayışı, müşahidəsi, elmi qənaətləri olan bir şəxsin prosesə konseptual yanaşmadan hasilə gələn məntiqi ehtiva olunurdu. Heydər Əliyev ədəbiyyatın keçdiyi inkişaf qanunauyğunluğunu bilərək onun üzərində özünəxas konsepsiya qururdu. Bu çıxışlarda ədəbiyyatı həm tarixi inkişaf kontekstində, həm nəzəri prizmadan, həm də real nəticələrində dəyərləndirə, aparıcı ədəbi tendensiyalar işığına tuta bilirdi. Heydər Əliyev eyni zamanda ədəbiyyatda, poeziyada milli ahəng yaratmaqla bahəm ümumbəşəri dəyərləri bir müstəviyə gətirmək kimi siyasi prizmadan çıxış edirdi. Çünki bilirdi, dilindən, dinindən, irqindən, təmsil elədiyi ictimai qurumdan asılı olmayaraq, hamını bir yerə toplayan bir ünvan var: Ədəbiyyat!
Heydər Əliyev - milli ədəbiyyatımızın şərəfli tarixidir, faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi. Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən şəkli... Və siyasətdə göründüyü qədər həm də ədəbiyyatın obrazıdır.