YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Milli Məclisin deputatı Mahir Süleymanlının universitetin tələbələri ilə görüşü baş tutub.

Bakı Dövlət Universitetinin Heydər Əliyev adına lektoriyasında baş tutan görüşdə BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin gərgin fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini qorudu, gücləndirdi, qlobal miqyasda nüfuz qazandı və tarixi Zəfərlər əldə etdi. Xalqın milli iradəsi, dövlətin gücü və liderlərin uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün qürurla müstəqil, qüdrətli, qalib bir dövlət kimi dünya xəritəsində öz yerini möhkəmləndirib. Bu Zəfər yalnız hərbi qələbə deyildi, həm də xalqın milli iradəsinin, dövlətin gücünün, Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamlılığının təntənəsi idi.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin irsi Azərbaycanın müasir tarixində mühüm yer tutur: “Onun milli dövlətçilik ənənələrini qorumaq və inkişaf etdirmək üçün həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə olunan bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi möhkəm irs dayanır. Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğu prosesində hüquqi bazanı möhkəmləndirdi, Konstitusiya qəbul olundu, ordu quruculuğunda mühüm addımlar atıldı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artıracaq əlaqələr yaradıldı. Onun həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində Azərbaycan neft müqavilələri ilə yanaşı, qeyri-neft sektorunun da inkişafı üçün əsaslı zəmin qazandı. Təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində həyata keçirilən dövlət proqramları gələcək inkişafın bünövrəsini qoydu. Ulu Öndərin qoyduğu siyasi kurs, dövlətçilik prinsipləri və inkişaf strategiyası bu gün də öz aktuallığını qoruyur və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlara uyğun şəkildə zənginləşdirilir”.

Milli Məclisin deputatı Mahir Süleymanlı çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, dövlətçilik idealları və xalqı qarşısında misilsiz xidmətləri tariximizin ən parlaq səhifələrini təşkil edir. Onun zəngin həyat və fəaliyyətinin hər bir məqamı müstəqil Azərbaycanın qurulması, gücləndirilməsi və beynəlxalq aləmdə tanınması üçün əsası qoyulmuş strateji bir yol xəritəsidir. Vurğulanıb ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin əzmkarlıqla qurduğu və gələcək nəsillərə miras qoyduğu şah əsəridir. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara söykənən dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyevin müasir idarəçilik modelində uğurla öz əksini tapır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi müstəqil Azərbaycanın sabahı üçün həlledici idi. Bu baxımdan onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ölkə həyatında yeni mərhələ açdı. Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasını müasir çağırışlara uyğun şəkildə daha da genişləndirdi. Onun daxili və xarici siyasəti Azərbaycanı qlobal arenada güclü söz sahibinə çevirdi. Xüsusilə Qarabağ Zəfəri bu siyasətin əzəmətini və tarixi əhəmiyyətini bir daha nümayiş etdirdi.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

DİGƏR Xəbərlər Arxiv