YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçirilir

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk plenar iclası işə başlayıb.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq olunub.

Plenar iclasda 2015-ci il aprelin 28-də Milli Məclis tərəfindən qəbul edilmiş "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazları barədə Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsinə, "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsinə, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasının iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikasının müdafiə naziri ilə NATO-nun baş katibi arasında məktublar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə, "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamənin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında xüsusi təyinatlı qüvvələrin təliminin keçirilməsinə Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair" Anlaşma Memorandumunun, "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair" Sazişin, "Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə baxılacaq.

Bundan başqa, "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında, "Diplomatik xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında" Qanunlarda dəyişikliklər edilməsi barədə, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar, Mülki, Torpaq, Cinayət Məcəllələrində dəyişikliklər edilməsi haqqında, "Torpaq islahatı haqqında", "Torpaq bazarı haqqında" "Yeyinti məhsulları haqqında" "Meliorasiya və irriqasiya haqqında", "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında", "Dövlət qulluğu haqqında" "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" və digər qanun layihələri müzakirə ediləcək.

 

DİGƏR Xəbərlər Arxiv