YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Rusiya filmləri həftəsi keçiriləcək

Oktyabrın 1-dən 7-dək Bakıda Rusiya filmləri həftəsi təşkil olunacaq.

Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, "Kinofest" Prodüser Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşacaq film həftəsi Nizami Kino Mərkəzində keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, film həftəsi ilə əlaqədar rusiyalı kinematoqrafçılardan ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək. Nümayəndə heyətinin tərkibinə Rusiyanın Xalq Artisti Boris Şerbakov, aktyorlardan Denis Şvedov, Valeriy Şkirando, Olqa Lomonosova, Aleksandra Rozovskaya, prodüserlər Yekaterina Filippova, Dmitriy Savinskiy, Georgiy Malkov, tanınmış televiziya xadimi Aleksey Pimanov və "Kinofest" Prodüser Mərkəzinin baş direktoru Sergey Bragim daxildir.

Hərfə çərçivəsində "Burada üfüqlər sakitdi...", "Yaşıl karet", "Quzum Dolli kinli idi, tez öldü", "Kabus", "Batalyon", "Ələkeçməz", "Əziz anam" filmləri tamaşaçılara təqdim ediləcək.

Film nümayişlərinə giriş sərbəstdir.