Xəbərlər
Milli Məclisin deputatı Mahir Süleymanlı seçicilərlə görüşlər keçirib
Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunun Çölquşçu kənd inzibati ərazi dairəsi nümayəndəliyinə daxil olan Hacıqaraqaşlı, Çayqaraqaşlı, Çölquşçu, Xəlilli və Sarvan kənd seçiciləri ilə görüşlər keçirib.
Deputat Mahir Süleymanlı vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Vətəndaşlar əsasən, su və qaz, eləcə də məşğulluq və işsizlik məsələləri ilə bağlı problemləri səsləndiriblər.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Digər məsələlər nəzarətə götürülərək aidiyyəti qurumlara yönləndirilib.