YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Asif Əsgərov şəhid ailəsini ziyarət edib

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunda şəhid ailələri və seçicilərlə görüş keçirib.

Əvvəlcə millət vəkili şəhid Natiq Mahmudovun ailəsini ziyarət edərək onların qayğıları ilə maraqlanıb. O, bu kateqoriyadan olan şəxslərin daim diqqətdə saxlanacağını bildirib, həmçinin şəhidin döyüş yolundan bəhs edib.

Daha sonra Asif Əsgərov rayonun Zəyəm kəndində seçicilərlə görüş keçirib. Görüşdə YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov, kəndin icra nümayəndəsi və məktəb direktoru iştirak ediblər.

Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.

Sonda şəhid ailəsi və kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.