YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü qeyd olunub

Noyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının və Daşkəsən Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümünə həsr olunmuş ümumrayon yığıncağı keçirilib.

Tədbirdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Milli Məclisin deputatı Kamran Bayramov və rayonun partiya fəalları iştirak ediblər.

Tədbir çərçivəsində əvvəlcə müasir, müstəqil Azərbaycanın banisi və Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzindəki abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Daha sonra iştirakçılar Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolar və eksponatlarla tanış olublar.

Toplantı YAP Daşkəsən rayon təşkilatının binasında davam edib.

Tədbiri giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev və YAP Sədrinin birinci müavini Mehriban xanım Əliyevanı, eləcə də bütün partiya üzvlərini 32-ci ildönüm münasibətilə təbrik edib. O bildirib ki, müasir və müstəqil Azərbaycanın qazandığı uğurlar, o cümlədən İkinci Qarabağ müharibəsində əldə edilən tarixi Qələbə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun nəticəsidir. Orxan Abbasov qeyd edib ki, bu gün YAP-ın təsis ildönümü, qalib Azərbaycanda xalqımız tərəfindən böyük qürur və sevinc hissi ilə qeyd edilir. Vurğulayıb ki, xalqımızın milli maraqlarına xidmət edən Yeni Azərbaycan Partiyası, 730 mindən çox üzvü ilə Qafqazın ən güclü siyasi partiyasıdır.

YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxışında bildirib ki, təşkilat fəaliyyətini partiya rəhbərliyi tərəfindən müəyyənləşdirilmiş vəzifələr əsasında uğurla davam etdirir. O vurğulayıb ki, YAP-ın alternativi yoxdur və bu, daşkəsənlilərin Ümummilli Lider Heydər Əliyevin siyasətinə sədaqətindən irəli gəlir. Təşkilatın uğurlarının arxasında xalqın Heydər Əliyev siyasətinə və Prezident İlham Əliyevin rəhbərliyinə olan sarsılmaz inamı dayanır.

Milli Məclisin deputatı Kamran Bayramov isə çıxışında Ümummilli Lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirildiyini qeyd edib. Deputat Azərbaycanın regionda və dünyada söz sahibinə çevrilməsini məhz bu uğurlu siyasətlə əlaqələndirib.

Yığıncağın sonunda YAP Daşkəsən rayon təşkilatının işində fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərmanlar təqdim olunub. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səslənməsi ilə bayram əhvali-ruhiyyəsində yekunlaşıb.

DİGƏR Xəbərlər Arxiv