YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Suraxanı rayonunda “Yeni Azərbaycan Partiyası: Böyük uğurların ideoloji özəyi rolunda” adlı tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatında partiyanın təsis olunmasının 32-ci ildönümünə həsr edilmiş “Yeni Azərbaycan Partiyası: Böyük uğurların ideoloji özəyi rolunda” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov geniş proqram nitqi ilə çıxış edərək bildirib ki, bu gün ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyasının yaranmasından 32 il ötür: “Bu tarixi dövr ərzində partiyamız Ümummilli Lider Heydər Əliyevin ideyalarına əsaslanaraq çox böyük və şərəfli yol keçib. Sirr deyildir ki, tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasi xətti Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi və dünyəvi cəmiyyət qurulmasından ibarət olub. Partiyamız 32 illik fəaliyyəti dövründə öz məqsədlərinə tam çata bilib”.

Daha sonra çıxış edən Suraxanı rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranı Arif Babayev, Suraxanı Tibb Mərkəzi direktoru, YAP Suraxanı rayon təşkilatının fəal üzvü Ələkbər Tağıyev, Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin müəllimi, YAP Suraxanı rayon təşkilatının fəal üzvü Könül Seyidova və Miqrasiya Könüllüsü İctimai Birliyinin sədri, YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü Şəbnəm İbrahimli bildiriblər ki, ümumiyyətlə tarixi faktlar və  reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı siyasi qüvvə mövcud deyil. Sözün əsil mənasında cəmiyyətimizin bütün təbəqələrindən olan insanlar partiyamızda birləşiblər.

Sonda YAP Suraxanı rayon təşkilatında səmərəli fəaliyyət göstərən bir qrup partiya üzvü Fəxri Fərman və Təşəkkürnamələrlə təltif olunmuş, eləcə də partiya sıralarına qəbul olunmuş yeni üzvlərə vəsiqələr təqdim edilib.