YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada YAP-ın yaranmasının 32-ci ildönümü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatı partiyanın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Astara rayonunun mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə ilk öncə Azərbaycanın Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov Yeni Azərbaycan Partiyasının 32 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğu bildirilib. Vurğulayıb ki, Dahi Lider Heydər Əliyevin zəngin siyasi irsi əsasında və Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artacaq.

Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev qeyd edib ki, hazırda sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda xalqımız Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyir.

Lənkəran-Astara regional Təhsil idarəsinin müdir müavini Rəhim Rəhimov, şəhid atası, Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov, Astara rayon Heydər Əliyev Mərkəzinin nümayəndəsi Elza Kazımova və gənc müəllim Şamil Qənbərov çıxış edərək Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs ediblər. Natiqlər Ümummilli Liderin fikirlərinə istinad edərək, Yeni Azərbaycan Partiyasının dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyləyiblər.

YAP Mərkəsi Aparatının məsul əməkdaşı Əli Axundov yekun nitq söyləyərək partiyanın keçdiyi ağır və şərəfli yoldan bəhs etmiş və bütün siyasi həmfikirləri Yeni Azərbaycan Partiyasının yaranmasının 32 illiyi münasibətilə təbrik edərək xoş arzularını bildirib. 

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup YAP üzvünə Fəxri fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə vəsiqələr təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv