YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəkidə YAP-ın təsis olunmasının 32-ci ildönümü münasibətilə tədbirlər keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı partiyanın təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov qeyd edib ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransının keçirilməsi, Ulu Öndər Heydər Əliyevin yekdilliklə partiyanın Sədri seçilməsi xalqımızın gələcək taleyini, ölkəmizin perspektivini müəyyənləşdirən çox mühüm, əlamətdar hadisə idi. Yeni Azərbaycan Partiyasının tarixi müstəqil Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Yarandığı qısa müddət ərzində ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi, iqtisadi, ictimai və demokratik inkişafı istiqamətində mühüm vəzifələr yerinə yetirməklə böyük nailiyyətlərə imza atmışdır. Bu gün sıralarında cəmiyyətin bütün təbəqələrindən olan 700 mindən artıq üzvü birləşdirən partiyamızın bütün seçki kompaniyalarında möhtəşəm qələbələri düzgün siyasi strategiyanın nəticəsidir.

YAP Şəki rayon təşkilatının sədr müavini Ziya Vəliyev və Dəyirmanarxı ərazi partiya təşklatının sədri Elxan Abdullayevin çıxışlarında Yeni Azərbaycan Partiyasının yarandığı gündən keçdiyi şərəfli yoldan bəhs olunub. Vurğulanıb ki, həyata keçirilən xarici və daxili siyasətin nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız 44 günlük Vətən müharibəsində azad olunmuş, ötən ilin sentyabrında bir sutkalıq antiterror əməliyyatı nəticəsində suverenliyimiz tam bərpa edilmişdir. Yeni Azərbaycan Partiyasının 2021-ci ilin martın 5-də keçirilən VII qurultayında partiyanın Sədri cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaradır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş, bu gün qalib xalqın qalib Lideri İlham Əliyevin təşəbbüsləri ilə inkişaf edən YAP ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirəcək, Azərbaycana möhtəşəm nailiyyətlər qazandıracaqdır.

Tədbirin sonunda təşkilatı fəaliyyətində aktivliyinə və səmərəli xidmətlərinə görə bir qrup üzvə və partiya fəallarına Fəxri Fərman, partiyaya yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələr təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsilə yekunlaşıb.

Qeyd edək ki, YAP-ın təsis edilməsinin 32-ci ildönümü münasibətilə YAP Şəki rayon təşkilatının və Şəki Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə partiya üzvləri arasında Şahmat turniri keçirilmiş, qaliblərə diplom və hədiyyələr təqdim olunub. Həmçinin YAP Şəki rayon təşkilatının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərin Salman Mümtaz küçəsində ərazi partiya təşkilatlarının, partiya fəallarının və idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.