YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın etimadını layiqincə doğrultmuş partiya

Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatı partiyanın təsis edilməsinin 32-ci ildönümü münasibətilə tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər güllər düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin yaradıcısı olduğu, bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası ötən 32 ildə çətin və şərəfli yol keçib. YAP-ın 32 illik tarixi Azərbaycanın dövlət müstəqilliyinin inkişafı tarixidir. 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan unudulmaz tarixi bir gündür. Həmin gün yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olmaqdan xilasının əsası qoyulub. 2021-ci ilin mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən tarixi qərarlar isə ölkəmizin ictimai-siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə gedən son proseslər, həyata keçirilən uğurlu siyasət nəticəsində müasir dünyanın mötəbər beynəlxalq tədbirlərindən olan COP-29 un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir.

Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini, ərazi partiya təşkilatının sədri Yeganə Məmmədova deyib ki, yarandıqdan sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddət ərzində təşkilatlandı, xalqın dəstəyi ilə 1993-cü ildə iqtidara gəldi. Bu xalqın Ulu Öndərə böyük inamının, onun rəhbərlik etdiyi partiyaya dəstəyinin bariz ifadəsi idi. Yeni Azərbaycan Partiyası yaranmasaydı və Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi ölkəmiz tamamilə fərqli tale yaşayacaqdı. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın bəlalardan xilas olmasına gətirib çıxardı.

YAP Beyləqan rayon təşkilatının sədr müavini Niyaməddin Əsgərovun, Araz qəsəbə Ərazi Partiya Təşkilatının sədri Zaur Qədirovun, partiya fəalı Elçin Məmmədovun çıxışlarında partiyanın 32 illik şərəfli inkişaf yolundan bəhs edilib. Diqqətə çatdırılıb ki, qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası öz sıralarında 730 mindən artıq üzvü birləşdirir. Azərbaycanın  müstəqillik  tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəsti xətti, rolu var.

Sonda bir qrup partiya fəalına təşəkkürnamələr, yeni üzvlərə isə vəsiqələr təqdim edilib.