YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lənkəranda YAP-ın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı partiyanın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirib.

Əvvəlcə Lənkəran Şəhər İcra Hakimyyətinin başçısı Taleh Qaraşovla birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev Yeni Azərbaycan Partiyasının 32 il ərzində olduqca şərəfli və məsuliyyətli yol qət etdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini diqqətə çatdırıb. 1992-ci il noyabrın 21-də respublikanın müxtəlif bölgələrindən 550 nümayəndənin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının təsis konfransının tarixi əhəmiyyətə malik olduğunu bildirən İ.Əmənullayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında və Prezident, partiyamızın Sədri İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmaqdadır.

Lənkəran Rayon İcra Hakimiyyətinin başçısının müavini Ülviyyə Əliyeva qeyd edib ki, bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan, bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir.

Rayon təşkilatın əməkdaşı Yalçın Əliyev, şəhid İbadov Akşının atası Nazim İbadov, Lənkəran Dövlət Universiteti ƏPT-nin sədri Ramiz Şəmmədov, Xüsusi Konstruktor Texnoloji Bürosu ƏPT-nin sədri Ağababa İbrahimov, Şirəli Axundov ünvanında yerləşən ƏPT-nin sədri Səadət Kazımova, AMEA Lənkəran Regional Elmi Mərkəzi ƏPT nin sədri Mehman Əliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs edib və partiyanın Ulu Öndərin fikirlərinə istinad edərək, dünənin, bu günün və gələcəyin partiyası olaraq fəaliyyət göstərdiyini söyləyiblər. Torpaqlarımızın işğaldan azad edilməsinin Yeni Azərbaycan Partiyasının uğurlu siyasi fəaliyyətinin əsas nəticəsi olduğunu bildiriblər.

Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv