YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

32 il YAP-ın keçdiyi şərəfli yolun təqdimatıdır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 32 illiyini qeyd edirik. Hər bir əlamətdar tarixi gün keçilən yola qısa baxış keçirməyimizi bir zərurətə çevirir. 32 ilin Yeni Azərbaycan Partiyasının həyatında hansı əlamətdar hadisələrlə, eyni zamanda, möhtəşəm uğurlarla yadda qaldığını keçilən yola qısa nəzər salmaqla aydın görə bilərik. Təbii ki, 32 ilin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. Onların ümumiləşdirilmiş ifadəsi olaraq böyük əminliklə  deyə bilərik ki, YAP Ümummilli Lider Heydər Əliyevin etimadını doğruldaraq dünənin, bu günün və gələcəyin partiyası olduğunu atdığı addımları ilə təsdiqləyib. Dövlətə, xalqa xidmət görülən bütün işlərin, müəyyənləşdirilən hədəflərin əsasını təşkil edir. 32 ildə partiyanın ən böyük uğurlarından biri xalqın sevgisini qazanması, özünə inamı, etimadı artırmasıdır. Bunun da əsasında partiyanın sözlə əməl birliyi, populizmdən uzaq olması, monolitliyi dayanır. Yeni Azərbaycan Partiyasına milyonların sevgisini şərtləndirən əsas amillərdən biri adının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. Bu gün partiyanın sıralarında 800 minə yaxın üzv birləşib. Bu, Heydər Əliyev ideyalarına sədaqətin, onun laqiqli davamçısı Prezident İlham Əliyevin siyasətinə inamın göstəricisidir. Azərbaycanın müstəqillik tarixinin  bələdçisi olmaqla yanaşı, hər bir uğurunda  öz payı olan Yeni Azərbayan Partiyası yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfələr verir. YAP Proqramında əksini tapan bütün hədəflərə nail olub. Yeganə məsələ  Qarabağ münaqişəsinin həlli  idi ki, dörd il bundan əvvəl dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində tarixi ədalət bərpa olundu. Tarixi Zəfərimiz bölgədə və dünyada reallıqlar yaratdı. Həmçinin ölkə daxilində də bu reallıqlar bütün sahələrdə islahatlara yol açdı. YAP-ın VII qurultayının keçirilməsini zəruri edən məhz Qələbəmizin yaratdığı reallıqlar, eyni zamanda, yeni dövrün bütün məsələlərini özündə ehtiva edən yeni Nizamnamə və Proqramın qəbul olunması idi. Cənab İlham Əliyev partiyanın VII qurultayında yeni Proqramın hazırlanması tapşırığını verdi. Həmin sənəd qısa müddətdə hazırlanaraq 2021-ci ilin sonunda təsdiqləndi.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya hər zaman fəaliyyətində bu prinsipləri öndə saxlayır. Siyasi sistemin təkmilləşdirilməsində YAP-ın rolu inkaredilməzdir. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılmasında, yeni siyasi konfiqurasiyanın yaradılmasında və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, güc faktoru beynəlxalq münasibətlər sistemində öz aktuallığını qoruyub saxladığı üçün YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb.

Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Yeni Azərbaycan Partiyası dövlət və cəmiyyətin inkişafı naminə sağlam əməkdaşlıq mühiti daim təşviq edir. Açıq və etibarlı münasibətlərin bərqərar olunmasına xidmət edən islahatlar formalaşan yeni siyasi konfiqurasiyanın tərkib hissəsidir. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir.

Göründüyü kimi, Yeni Azərbaycan Partiyası bütün sahələrdə inkişafa dəstək olmağa səy göstərir. “Yeni, müstəqil Azərbaycan uğrunda” devizini “Biz birlikdə güclüyük!” çağırışının əvəzləməsi YAP-ın 32 ildə keçdiyi inkişaf yolunun aydın mənzərəsini yaradır.

DİGƏR Xəbərlər Arxiv