Xəbərlər
Polşa Prezidenti: Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib
Azərbaycan COP29-u yüksək səviyyədə təşkil edib.
Bu sözləri Polşa Prezidenti Andjey Duda Bakıda jurnalistlərə açıqlamasında deyib.
Dövlət başçısı bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladıb.
“İki ölkə arasında çox gözəl iqtisadi əlaqələr mövcuddur. O cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrimizin ənənəvi hissəsini təşkil edir. İnanıram ki, bu əlaqələr ikitərəfli əməkdaşlığın digər sahələrində də dərinləşəcək”, - deyə Polşa Prezidenti əlavə edib.