Xəbərlər
Konqo Prezidenti: COP29 kimi genişmiqyaslı tədbirə ev sahibliyi etmək böyük uğurdur

Dostum və qardaşım Prezident Əliyevi, Azərbaycan hökumətini COP29-un mükəmməl təşkilinə görə təbrik etmək istəyirəm.
Bu sözləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso noyabrın 12-də jurnalistlərə açıqlamasında deyib.
Yaradılan şəraitdən və yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edən dövlət başçısı belə bir tədbirin keçirilməsini Azərbaycanın böyük uğuru adlandıraraq bildirib: “Bu tədbirdə dünyanın bütün ölkələri təmsil olunur. Belə genişmiqyaslı tədbiri keçirə bilmək böyük uğurdur. Dünən biz Paris Sazişinin karbon məsələləri üzrə 6-cı maddəsinin mexanizmlərinin qəbulunu alqışladıq. Bu, COP29-un uğurudur”.