YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Ölkəmiz sürətli inkişaf dövrünü yaşayır

“Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır”. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sentyabrın 23-də keçirilən birinci iclasında söyləyib.  

Prezident İlham Əliyev Avropa oyunları ərəfəsində ölkəmizə qarşı çirkin kampaniyanın aparıldığını, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını xatırlatdı, bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşıdığını qeyd etdi. Dövlətimizin başçısı bu səylərin boşa çıxdığını deyərək bildirdi ki, qonaqlar Azərbaycanın reallıqlarını öz gözləri ilə gördülər, ölkəmizin multikulturalizm mərkəzi, Bakının isə dünyanın ən gözəl şəhərlərdən biri olmasının, könüllülərin öz vətəni ilə fəxr etdiklərinin, Azərbaycan idmançılarının peşəkarlığının şahidi oldular. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət apardığını və sürətlə inkişaf edən ölkə olduğunu bildirdi, gələcəkdə belə bayramların daha çox olacağına əminliyini ifadə etdi.

DİGƏR xəbərlər Arxiv