YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycanın əsrlərdən gələn gözəl ailə dəyərləri var

«Müxtəlif dinlərin, mədəniyyətlərin, millətlərin, etnik qrupların nümayəndələri ölkəmizdə əsrlərdir sülh və əmin-amanlıq şəraitində bir ailə kimi yaşayır. Onlar  bərabər hüquq və azadlıqlara malikdirlər». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Azərbaycanın əsrlərdən gələn gözəl ailə dəyərləri var. Onun sözlərinə görə, ölkəmizdə ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində daim iş aparılır.

«Bu sosial qrupa aid olanlar hərtərəfli dövlət qayğısı ilə əhatə ediliblər. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq ailə dəyərləri ilə bağlı  maarifləndirmə tədbirləri həyata keçirilir və belə dəyərlər sağlam ailə mühitinin formalaşmasında böyük əhəmiyyətə malikdir»- deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv