YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Növbəti qətiyyətli qələbəmiz

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Rusiyanın Kazan şəhərində keçirilən, BMT-nin baş katibi və 24 ölkənin liderinin iştirak etdiyi BRICS-in XVI sammitində Qalib ölkəmizin Qalib Lideri dünyaya səslənərək ölkəmizin beynəlxalq müstəvidə qlobal təhlükəsizliyə, hüququn aliliyinə, dövlətlərin bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipinə və məsələlərin qarşılıqlı anlaşma şəraitində həll olunmasına töhfə verəcəyini bildirdi.

Azərbaycan müstəqil bir dövlət olaraq beynəlxalq hüququn qayda və prinsiplərinə hər zaman sadiq olub. Eyni zamanda, Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi dünya, region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir. Ölkəmiz beynəlxalq təşkilatlarda, möhtəbər tədbirlərdə təkcə üzləşdiyimiz problemlərin yox, həm də qlobalmiqyaslı məsələlərin həllinə böyük töhfələr verir. 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə Azərbaycan qısa müddət ərzində bu təşkilatın nüfuz və gücünü beynəlxalq hadisələrə təsir etmək səviyyəsinə qaldırmışdır.

Bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurun artmasına şərait yaradıb. Azərbaycanın dünya ölkələri ilə uğurlu əməkdaşlıqları qlobal beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi üçün hərtərəfli zəmin hazırlayıb. Bunun bariz nümunəsidir ki, noyabr ayında Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirildiyi məkanı olacaq. Prezident İlham Əliyevin BRICS-in XVI sammitində qeyd etdiyi kimi: Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurların əsasında Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik daxili və xarici siyasət kursu dayanır. Böyük uğur və uzaqgörənliklə həyata keçirilən siyasi kurs ölkəmizin inkişafını təmin edir, dünyada nüfuzunu daim artırır. Qazanılan uğurların nəticəsidir ki, bu gün Azərbaycan təkcə regionda deyil, bütün dünyada ən etibarlı tərəfdaş kimi tanınır və qəbul olunur.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası və ölkələrarası tədbirlərdən biri olan, dünyanın ən aktual bəşəri problemlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya - COP29-a 2024-cü ildə evsahibliyi etməsi isə ölkəmizin, Prezident İlham Əliyevin növbəti qətiyyətli və təntənəli qələbəsidir. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öz töhfəsini verir. Bu mühüm tədbirdə Azərbaycanın aktual ekoloji problemləri həll etmək və davamlı həll yolları tapmağa dair digər ölkələrlə işləmək üçün geniş imkanları var. Azərbaycan mühüm qlobal konfransa evsahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu tərəfdaş kimi mövqeyini daha da gücləndirir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də BRICS-in XVI sammitində çıxışında demişdir: "Logistika dəhlizlərinin inkişafında Azərbyacanın rolu çox vacibdir. Onun Rusiya və digər BRICS ölkələri ilə artan ticarət dövriyyəsinin həcmi də böyük əhəmiyyət kəsb edir".

Bəli, göründüyü kimi,Azərbaycanın xarici siyasətinin məqsədi də, məramı da aydındır. Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilən Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin uğurlu fəaliyyəti ilə Cənub və Şimal arasında əməkdaşlığa töhfəsini əsirgəmir.

DİGƏR Xəbərlər Arxiv