Xəbərlər
AŞPA nümayəndə heyəti Azərbaycana gəlib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Səfər çərçivəsində Azərbaycanda keçiriləcək parlament seçkilərində təşviqat kampaniyasının aparılması şəraiti və seçkiqabağı vəziyyət öyrəniləcək. /Trend/
Nümayəndə heyətinin Milli Məclisin sədri Oqtay Əsəsdov, parlamentdə təmsil olunan siyasi partiya liderləri, müxalifət partiyalarının rəhbərləri, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, QHT və KİV nümayəndələri ilə görüşləri nəzərdə tutulub.