YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Evelin Farkas: Azərbaycan ilə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsində qalacaq

ABŞ müdafiə katibinin Rusiya, Ukrayna, Avrasiya üzrə müavini, xanım Evelin Farkas Azərbaycana səfəri ilə bağlı sentyabrın 18-də mətbuat konfransı keçirib.

Evelin Farkas Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini və müdafiə sahəsində ikitərəfli əlaqələr və təhlükəsizlik üzrə ortaq maraqlara dair müzakirələr apardığını deyib. Bildirib ki, 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-a dəstək verən ilk ölkələrdən olub və o vaxtdan bəri terrorizmlə mübarizədə öz dəstəyini davam etdirir. Azərbaycan hökuməti Əfqanıstanda sülhməramlı missiyada iştirak edir, həmçinin NATO əməkdaşlarına logistik və digər məsələlərdə dəstək göstərir. Azərbaycan ABŞ-ın strateji müttəfiqi olaraq qalır. Biz bu ölkə ilə təhlükəsizlik sahəsində mövcud əməkdaşlığımızla fəxr edirik.

Pentaqon rəsmisi qeyd edib ki, Azərbaycan ilə güclü ikitərəfli əlaqələrimiz var. ABŞ Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır. Azərbaycan ekstremist təşkilatlara maliyyə dəstəyinin qarşısını almaq üçün ABŞ-la yaxından əməkdaşlıq edib. Eyni zamanda, biz əməkdaşlığı gücləndirmək üçün danışıqlar aparırıq.

Evelin Farkas bölgədə hәll olunmamış münaqişәlәrdən danışarkən bu problemin ABŞ Müdafiә Katibliyi vә hökumәtini narahat etdiyini vurğulayıb: “Birlәşmiş Ştatlar vәziyyәtә nәzarәt edir vә münaqişәlәri beynәlxalq qanunlara uyğun hәll etmək üçün yollar axtarır. Azәrbaycan, Gürcüstan, Ukrayna və Moldova ilə bağlı mәsәlәlərlә gündәlik mәşğul oluruq. Tәəssüf ki, bütün bu münaqişәlәrin ortaq cәhәti var - güc tәtbiqi vә bu vaxtadək effektiv olmayan sәylәr vә fәaliyyәtlәr. Bu istiqamətdə yürütdüyümüz siyasət bizdən strategiya və düşünülmüş yanaşma tələb edir. Suriyadakı münaqişә vә onun nәticәsindә qaçqınların Avropaya axını göstərir ki, insanlara yaxşı gәlәcәk təmin etmək üçün daha çox səylər göstərilməlidir. Mәnim valideynlәrim dә qaçqın olublar vә Birlәşmiş Ştatlarda mәskunlaşıblar. Hәr zaman bu mәsәlәni diqqәtdә saxlayırıq".