YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli ruhumuz bizi möhtəşəm Qələbəyə aparıb

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü

Azərbaycan uzun illər təcavüzkar Ermənistanın işğalı ilə üz-üzə qalmışdı. Erməni işğalında qalan rayonlarımızdan biri də Cəbrayıl idi. 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olan Cəbrayıl rayonuna erməni işğalı zamanı 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində məskunlaşmışlar.

Rayon ərazisində olan 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılıb. Cəbrayıl rayonundan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub, 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

İşğal nəticəsində rayonda bütün maddi-mədəni abidələr Divlər sarayı mağarası, Məscid təpəsi, Canqulu və Qumtəpə kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki Başıkəsik gümbəz, Sirik kəndindəki Qala, Diri dağındakı Qız qalası, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki Sultan Məcid hamamı, Şıxlar kəndindəki Dairəvi türbə, Xubyarlı kəndindəki Dairəvi 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.  

Çox təəssüflər olsun ki, 30 ilə yaxın bir dövrdə beynəlxalq birlik Qarabağ probleminin həlli məsələsində susqunluq nümayiş etdirdi və bu məsələnin həlli istiqamətində əməli addımlar atmadı. Azərbaycan xalqı ümid edirdi ki, dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Lakin məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü demədi. 27 ərzində Azərbaycan danışıqlarda konstruktiv mövqedən çıxış etdiyi halda təcavüzkarın tamahı daha da böyümüşdür. Bunun qarşısını almaqdan ötrü Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu Vətən müharibəsi zamanı əks-hücum əməliyyatına başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz qısa müddət ərzində işğalda olan torpaqlarımızı düşməndən azad etdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan işğalla əsla barışa bilməzdi. Hələ 2016-cı il Aprel döyüşləri zamanı şanlı ordumuzun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi.

Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri Vətən müharibəsinin ilk günündə, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri 3 oktybar tarixində, Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri 4 oktyabr tarixində işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Həmçinin, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

2020-ci ilin noyabrın 16-da Prezident  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfəri edib. Ali Baş Komandan  İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyət kəsb edir. Milli tariximizdə dərin iz buraxan Xudafərin həm də xalqımızın mənəviyyatında milli qürur məsələsidir.

Rəşadətli ordumuzun göstərmiş olduğu qəhrəmanlıq və şücaəti qiymətləndirmək məqsədi ilə Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis etdi. Cəbrayılın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günü kimi müəyyən olub.

Prezident İlham Əliyev ümumilikdə Cəbrayıl rayonuna 10 dəfə səfər etmişdir. Bu səfərlər zamanı rayon ərazisində çoxsaylı infrastruktur layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etmişdir. Dövlət başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə ilk köç karvanı 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.

DİGƏR Xəbərlər Arxiv