Xəbərlər
Eldar İbrahimov: “Kənd Təsərrüfatı ili”ndə aqrar sahədə ciddi nəticələr əldə olunur
Bu gün Milli Məclisin Aqrar Siyasət komitəsinin iclası keçirilib. İclasın gündəliyinə komitənin 2015-ci il yaz sessiyasının yekunlarına dair gördüyü işlər barədə hesabat, payız sessiyasının qanunvericilik işləri planı, Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi, “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunun layihəsi, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunun layihəsi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunun layihəsi, “Yeyinti məhsulları haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunun layihəsi, “meiorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunun layihəsi, “Azərbaycan Respublikası Hökuməti (ARH) ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və Texniki Yardımın göstərilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi, “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında Saziş"in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsinin müzakirəsi məsələləri daxil olub.
İclasda çıxış edən komitə sədri Eldar İbrahimov qeyd edib ki, Aqrar siyasət komitəsi 2015-ci ilin yaz sessiyası dövründə öz fəaliyyətini Milli Məclisin qanunvericilik fəaliyyətində nəzərdə tutulmuş iş planına uyğun həyata keçirib.
Onun sözlərinə görə, qanun layihələrinin müzakirələri komitənin iclaslarında nəzərdə tutulmuş müddətlərdə keçirilib, vətəndaşların qəbulu, ərizə və müraciətlərinə baxılması sahəsində müntəzəm iş aparılıb: “Hesabat dövründə komitənin 5 iclası keçirilib, bu iclaslarda 15 məsələ, o cümlədən 13 qanun layihəsi geniş müzakirə olunub”.
E. İbrahimov 2015-ci ilin payız sessiyasının qanunvericilik işləri planı haqqında məlumat verib. Daha sonra o, ölkəmizdə “Kənd Təsərrüfatı ili”ndə kənd təsərrüfatı sahəsində böyük inkişaf olduğunu, bir çox uğurlara imza atıldığını deyib.
İclasın davamında gündəlikdə olan qanun layihələrinə əlavə və dəyişikliklər barədə məlumat verilib və millət vəkillərinin müzakirəsinə çıxarılıb.
Sonda əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub