YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Belarus arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç ilə görüşüb.

Nazirlikdən bildirilib ki, Şahin Mustafayev səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulan Azərbaycan-Belarus əlaqələrinin müxtəlif sahələrdə uğurla davam etdiyi vurğulanıb. Ölkələrimiz arasında lazımi müqavilə-hüquqi baza formalaşıb və hazırda uzunmüddətli əməkdaşlığa dair sənəd üzərində iş aparılır. Azərbaycan və Belarus arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilsə də, bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş potensial mövcuddur. Azərbaycanda Belarus kapitallı müəssisələrin uğurla fəaliyyət göstərdiyini qeyd edən nazir sənaye, kənd təsərrüfatı, əczaçılıq, maşınqayırma sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanları diqqətə çatdırıb.

Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç qəbula görə təşəkkür edib, fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini vurğulayıb. Belarus iqtisadiyyatı barədə məlumat verən səfir ölkələrimiz arasında kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və s. sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşüb.