Xəbərlər
“Maestro Niyazi” quru yük gəmisi Qara dənizə yola salınıb
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin növbəti quru yük gəmisi - “Maestro Niyazi” Qara dəniz-Aralıq dənizi hövzəsinə yola salınıb.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən bildirilib ki, teploxod Volqa-Don kanalı ilə Rusiyanın daxili sularından keçərək Rostov limanında dayanacaq və müvafiq sənədləşmə aparıldıqdan sonra ilk səfərinə çıxacaq. Bununla da Gəmiçiliyin beynəlxalq sularda üzən gəmilərinin sayı 5-ə çatacaq.
Xatırladaq ki, keçən ay “Qaradağ” və “Teymur Əhmədov” quru yük gəmiləri Qara dəniz - Aralıq dənizi hövzəsinə yola salınıb. “Natəvan” və “Üzeyir Hacıbəyli” gəmiləri isə ötən ilin sonundan həmin hövzədə istismar edilir.