YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yeni dövrdə uğurlu inkişaf yolundadır

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Titanik fəaliyyəti ilə təkcə Azərbaycan xalqının deyil, bir çox dünya xalqlarının yaddaşında əbədi iz qoymuş Ulu Öndər Heydər Əliyev haqqında bundan sonra da əsrlər boyu danışılacaqdır. Ona görə dahi şəxsiyyət Azərbaycan xalqına müasir,müstəqil dövlət və            Yeni Azərbaycan Partiyası kimi siyasi miras qoymuşdur. Bu ali dəyərləri, dövlətimizi, müdrik siyasi irsi qorumaq isə bizim ilk növbədə mənəvi borcumuzdur. Ulu Öndərimizin siyasi irsini layiqincə davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, dövlətimizin başçısı cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən bir hədəfi var idi. Azərbaycanın hərtərəfli inkişafını və ərazi bütövlüyünü tam şəkildə təmin etmək. Bəli, biz ona görə xoşbəxt xalqın nümayəndələriyik ki, bu gün Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ali rəhbərliyi altında qazandığımız parlaq tarixi Qələbəyə şahidlik etdik.

Məlum olduğu kimi ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycanda cari ilin fevral ayında Prezident, sentyabrın 1-də isə Milli Məclisə növbədənkənar seçkilər keçirildi. Bunlar bir daha onu göstərdi ki, Azərbaycan müstəqil, ərazi bütövlüyü tam olan, qüdrətli və özü öz müqəddəratını həll edən ölkədir. Bu, sarsılmaz, suveren dövlətin və qalib xalqın ilk parlament seçkiləri idi. Prezident seçkilərində olduğu kimi Parlament seçkilərində də Azərbaycan xalqı düzgün seçim edərək bir daha Ulu Öndərimizin Azərbaycan xalqına siyasi mirası olan Yeni Azərbaycan Partiyasını dəstəklədi. Ona görə ki, cənab İlham Əliyevin qətiyyəti, güclü iradəsi və peşəkar rəhbərliyi ilə həyata keçirilən mükəmməl siyasət Azərbaycana saysız-hesabsız yeniliklər, uğurlar gətirdi. Xalq doğma Partiyasını bir daha dəstəkləməklə sübut etdi ki, dahi Heydər Əliyev siyasətinə əbədi olaraq sadiqdir.

Cari ilin sentyabrın 23-də yeddinci çağırış Milli Məclis fəaliyyətə başladı, ilk iclasını keçirdi. Parlamentin açılış iclasında Prezident, YAP Sədri cənab İlham Əliyev iştirak edərək tarixi nitq söyləyib. Prezident öz nitqində Azərbaycanı  və bütövlükdə  dünyanı maraqlandıran bir sıra məsələlərə öz münasibətini bildirib, tarixi faktları diqqətə çatdırıb. İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələrini biz bütün dünyaya qəbul etdirə bildik. Bəli, biz öz gücümüzü həqiqətən də dünyaya sübut etdik. Sübut etdik ki, Azərbaycan Lideri bənzərsiz tarixi Sərkərdə və güclü diplomatdır. Azərbaycan əsgəri yenilməz və rəşadətlidir. Ona görə də dünyanın bir çox ölkələrində bizim hərbi təcrübəmiz öyrənilir.

Qarabağ münaqişəsi həll olunub, tam və birdəfəlik. Ölkə qarşısında böyük vəzifələr durur, ilk növbədə, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək vəzifəsi. Əlbəttə, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Möhtərəm Sədr, Ölkə Prezidenti cənab İlham Əliyevin geniş və məzmunlu nitqi onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin apardığı mükəmməl siyasətin mərkəzində ölkəmizin və xalqımızın maraqları dayanır, ölkəmiz ilbəil güclənir və inkişaf edir.