YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərimiz əbədidir!

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycan torpaqlarının işğal edən faşist xislətli ermənilər Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş talançılıq törədərək bu ərazilərdə mövcud olan bütün madi-mədəni irsimizi məhv etməyə çalışdılar. Azərbaycanın təbii sərvətləri vəhşicəsinə talanaraq işğalçıya dəstək verən dövlətlərlə birgə mənimsənildi.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-dən başlanan 44 günlük Zəfər yürüşü doğma torpaqlarımızı azadlığa qovuşdurmaqla yanaşı, tarixi, mədəni, elmi, dini irsimizi də erməni vandallarından xilas etdi.

Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımıza səfərləri çərçivəsində icra edilmiş yeni layihələrin təməlqoyma və açılış mərasimləri sübut edir ki, ermənilərdən fərqli olaraq Azərbaycan xalqının əsas məqsədi insanların rifahı və xoşbəxt gələcəyi naminə qurub-yaratmaqdan ibarətdir. Məhz bu səfərlərdən biri elə cari ilin sentyabrın 20-də doğma Qarabağın Xankəndi şəhərinə, orada yerləşən Qarabağ Universitetinin açılışı ilə reallaşdı. Dövlət başçısının birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində bu ali təhsil ocağında müasir tədris infrastrukturu yaradılıb. Universitetin bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınıb.  

Xankəndidə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşü zamanı Prezident İlham Əliyev Azərbaycan xalqını Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib və  bildirib ki, 20 Sentyabr bundan sonra ölkəmizdə geniş şəkildə qeyd ediləcək. Prezident İlham Əliyev 44 gün ərzində şanlı ordumuzun bütün dünyaya nümunə sayılacaq qəhrəmanlıqlarından bəhs edərək vurğulayıb ki, biz bu Qələbə ilə, haqlı olaraq hərbçilərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Əminəm ki, hər bir qərəzsiz təhlilçi, hərbi ekspert və obyektiv insan bizim bütün bu 44 günlük qəhrəmanlıq salnaməsini təhlil edərək eyni nəticəyə gəlməlidir.

Antiterror tədbirlərindən söz açan dövlətimizin başçısı əməliyyat nəticəsində  Ermənistanın  Qarabağda 15 min nəfərdən çox olan hərbi kontingentinin tamamilə iflic vəziyyətinə düşdüyünü və bir neçə saatdan sonra kapitulyasiya şərtlərinin müzakirə edildiyini xatırlatdı, revanşistlərə və Ermənistanı silahlandıran ölkələrə müsajlar verdi. Azərbaycan xalqı çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın Ermənistanın işğal altında saxladığı torpaqları azad etməklə tarixi ədalət bərpa etdi.

Bu gün Xankəndi ilə yanaşı, işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurun bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bölgənin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə təmin edilən  uğurlu layihələr öz növbəsində ölkəmizin dinamik inkişafına da təkan verəcəkdir.